Carousel Wedding & Party - video təqdimat çarxı
Dostumuz və möhkəm partnyorumuz olan "Carousel Wedding & Party" -nin konseptini qurduğu və yaratdığı möhtəşəm dekor-dizaynın video çarxını sizinlə paylaşırıq.
XeyalGenc - Steadicam ShowReel
XeyalGenc Global Meida ilə birgə əməkdaşlıq edərək bir neçə filmlərdə steadicam operatoru kimi fəaliyyət göstərmiş və hərəkətli dinamik kadrları ərsəyə gətirmişdir.
"RESM" - qizil və zinət əşyaları mağazasının təqdimat video çarxı
Qizqacirma Bədii filmindən maraqlı səhnə.
Qizqacirma Bədii filmində həm çəkilişlər etdik həm özümüz filmə xarici ölkənin peşəkar video operatoru rolunda oynadıq. Çox əyləncəli idi, mənim üçün maraqlı və xoş təcrübə oldu.
Retoken KargoFLY - Əməkdaşlıq Video Təqdimatı.
Bu motion qrafika ilə Retoken və KargoFly əməkdaşlığı haqqında məlumatlar verilmişdir. Xatırladaq ki, müasir zamanımızda kripto sənayesi sürətlə inkişaf edirək kripto ticarəti və kripto əməliyyatlari elektron sahədə qaçınılmaz bir fakta çevirib. Bizim ölkə də bu axının içində özünə məxsus yer almaqdadır. Retoken layihəsi yerli məhsul olaraq öz xidmətlərini biznes sahələrinə təklif edir.
AccessBank - Girovsuz 30000$ Reklam Çarxı
AccessBank-ın maliyyə məhsullarından olan "Girovsuz 30000$" üçün 2D qrafik video çarx hazırlanması zamanı ssenari axıcılığı və məlumatların izləyicidə həyəcan yaratması üçün yüksələn ardıcıllıqla ötürülməsi xüsusi olaraq işlənilmişdir və bunun sayəsində təkrar baxıma qalıcı həvəs yaranır. Reklam Çarxı İZ Production ilə birgə işlənmişdir
Ali-Settar Guliyev FİLMS - Logo Opening
3D qrafika ilə yığılmış belə gözəl bir işi sizinlə paylaşırıq. İlk baxışdan asan görünə bilər amma təkcə renderinə 2 gün vaxt gedib.

SƏNİ AXTARIRAM - TV layihəsinin anons tipli video çarxı

Layihə çərçivəsində həm işimizi yüksək peşəkarlıqla gördük, həm də insanlara kömək olmağa çalışdıq. İtmiyin əziz dostlar sonra sizi axtarıb tapmaq çox çətin başa gəlir.

ELATUS Geyim Mağazası - Təqdimat Video Çarxi

Mağazada müştəriyə necə xidmət göstərilməsi və müştərinin ehtiyaclarına uyğun parçaların seçilməsi və zövqlü modellərin təklif olunması, müştəri üzərində ölçü götürülməsi kimi prosesləri işıqlandırdıq. Ümüd edirik bütün müştərilər Elatus mağazasında istədiyi geyimi əldə edə bilərlər

Azpromo üçün hazırladığımız 2D qrafika tipli loqonun açılış video çarxı. GencMedia
AccessBank-ın məhsulları və göstərilən xidmətlər üçün hazırladığımız fotolardan ibarət informatif video təqdimat
Rihand platformasını əhatə edən gözəllik sahəsinə aid olan saç baxımı prosesinin təqdimatı üçün hazırlanmış video çarx / GencMedia. Rihand gözəllik və baxım xidmətlərini və bu sahələrin peşəkarlarını müştərilər ilə birləşdirən unikal bir platformadır.
GencMedia olaraq "Zamex logistik yükdaşıma şirkəti-nin Qarayev filialının açılış tədbirinin qismən təşkilatçılığını etdik. Bununla yanaşı video və foto çəkilişləri aparıldı. Hazırlanmış video çarxını sizə təqdim edirik.
Kampuste Heyat (Turkiyede Tehsil proqrami) - Bu layihə çərçivəsində Türkiyədə yerləşən universitetlərin video çəkilişləri aparılmış və Xəzər TV efirində yayımlanmışdır.
Möhtəşəm və kübar məkan olan Bağçalı Saray -da toy tədbirini komandamızla professional şəkildə video çəkilişi həyata keçirtdik. Bu işdən həm biz məmnün qaldıq, həm müştəri bizdən çox məmnun qaldı. 
Made on
Tilda